Azərbaycanda Vəkillər Kollegiyasının rəhbərliyində və qaydalarında baş verən dəyişikliklər bir sıra tanınmış vəkillərin fəaliyyətini həyata keçirə bilməyəcəyini göstərdi. Müstəqil jurnalistlər, fəallar və müxalifət partiyasının nümayəndələri siyasi həbslər və hüquq pozuntuları zamanı müdafiəsiz qaldıqlarını söyləyirlər. Nüfuzlu hüquq müdafiəçilərindən biri iddia edir ki, cəmi altı vəkil hazırda 150 siyasi məhbusun hüquqlarını müdafiə edə bilir.
Jurnalist Aynur Elgünəş Vəkillər Kollegiyasını vəkili Yalçın İmanovu vəkillikdən kənarlaşdırdığı üçün məhkəməyə verib. Aynur Elgünəş Meydan TV ilə bağlı açılmış cinayət işi ilə əlaqədar dəfələrlə istintaqa çağırılıb və onun ölkədən çıxışına məhdudiyyət qoyulub. Onun hüquqlarını istintaqda, məhkəmələrdə Yalçın İmanov müdafiə edirdi. Hazırda jurnalist vəkilsiz qalıb.
“Mənim vəkilə ehtiyacım var”, — Aynur Elgünəş OC Media-ya belə deyir — “Vəkilimin Vəkillər Kollegiyasından çıxarılmasına etiraz əlaməti olaraq mən Bakı 1 saylı Inzibati İqtisad Məhkəməsinə müraciət etmişəm. Amma şikayətim təmin olunmadı.” Hazırda iş Apelyasiya Məhkəməsindədir.
Jurnalist bildirir ki, məhkəmədə Vəkillər Kollegiyasının nümayəndəsi ona təklif edib ki, ehtiyacı varsa, kollegiya onu başqa vəkillə təmin edə bilər. “Amma mən istəmədim. Çünki başqa vəkilə etibar etmirəm. Etibar etməməyimin əsas səbəblərindən biri odur ki, indiki situasiyada siyasi proseslərə çıxan vəkillərin sayı olduqca azdır.”
Aynur Elgünəşin sözlərinə görə, vəkillərin böyük əksəriyyəti siyasi məhkəmə proseslərinə çıxmağa çəkinirlər. Və yaxud da “makler” rolunda iştirak edirlər. “Mən buna qarşıyam. Hesab edirəm ki, o insanlara güvənə bilərəm ki, sabah məni yanlış istiqamətə yönəltməsinlər”, — о, belə deyir.
Son illərdə siyasi səbəblərə görə belə təcridlər nisbətən az idi. Vəkillər Aslan İsmayılov, Xalid Bağırov, Elçin Namazov və Müzəffər baxış belə təcridə məruz qalmışdı. Hazırda onların heç biri hazırda fəaliyyət göstərmir.
Ancaq son aylarda vəziyyət daha sərtləşdi və siyasi fəallar və jurnalistləri müdafiə edən bir sıra vəkil Vəkillər Kollegiyası tərəfindən cəzalandırılıb.
Məşhur araşdırmaçı jurnalist Xədicə İsmayılovanın hüquqlarını müdafiə edən Yalçın İmanov, 2017-ci ilin noyabr ayında kollegiyadan uzaqlaşdırıldı. İradə Cavadova bu addımı tənqid etdiyi üçün iyun ayında vəkillikdən çıxarıldı. Fəxrəddin Mehdiyev, Asabəli Mustafayev və Nemət Kərimli tanınmış jurnalistlərin və müxalifətçilərin işlərini aparırdılar. Və onların da fəaliyyəti bir illik dayandırılıb.
Növbə müstəqil vəkillərdədir
Jurnalistlərin, siyasi fəalların, siyasi məhbus siyahısında olan şəxslərin hüquqlarını müdafiə etmiş Yalçın İmanov OC Media-ya deyir ki, siyasi məhkəmə proseslərinə çıxan vəkillərin vəkillikdən uzaqlaşdırılması hakimiyyətin son illər apardığı siyasətin məntiqi nəticəsidir.
“Siyasi təşkilatlar sıxışdırıldıqdan, müstəqil QHT-lərin fəaliyyəti məhdudlaşdırıldıqdan, onların bəzilərinin rəhbərləri həbs olunduqdan, müstəqil media qapadıldıqdan və bloklandıqdan sonra növbə müstəqil vəkillərə çatdı”, — о, belə deyir.
Yalçın İmanov deyir ki, Vəkillər Kollegiyasına yeni rəhbərlik gələndən sonra, 2017-ci ilin payızından başlayaraq bu proses intensivləşməyə başladı.
“İlk növbədə mən vəkillikdən xaric edildim. Daha sonra digər vəkillərin fəaliyyəti dayandırıldı. Daha sonra Praktik Hüquqşünaslar Qrupundakı (PHQ — müstəqil ictimai qrup) hüquqşünasların kollegiyada təmsilçiliyinə imkan verilmədi”, — Yalçın İmanov belə deyir.
Onun sözlərinə görə, bu tapşırığı verməklə hakimiyyətin məqsədi siyasi səbəbdən həbs olunmuş insanların keyfiyyətli müdafiəsini sıradan çıxarmaq, müstəqil vəkillik institutunu məhv etmək və siyasi məhbusları vəkilsiz qoymaqdır.
“Bu addımla bir neçə kompleks məqsəd güdülür. Həm də müstəqil vəkillərin vasitəsi ilə informasiyaların cəmiyyətə çıxışını əngəlləmək. İşgəncə, qanun pozuntuları ilə bağlı məlumatları cəmiyyətə vəkillər çatdırırdı. Ələbaxım, dinc, “sözəbaxan” vəkillik institutunun fəaliyyətinə nail olmaq idi.”
Yalçın İmanov bildirir ki, 2017-ci ilin dekabrın 17-də Vəkillər Kollegiyasının yeni əsasnaməsi qəbul olunub. Onun sözlərinə görə, həmin əsasnamə bütövlükdə vəkillik institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir. Həmin əsasnaməyə görə vəkillər intizam icraatına məruz qala və vəkillikdən xaric edilə bilər.
“Bu əsasnamədən sonra vəkillərin mediaya xoşagəlməz açıqlamaları, iştirak etdiyi məhkəmə prosesi ilə bağlı mövqeyi, hakimiyyət orqanları, vəzifəli şəxslər barədə tənqidi çıxışı onun karyerası bahasına başa gələ bilər”.
“Agentlər”
Bu il Vəkillər Kollegiyasına vəkilliyə ixtisas üçün keçirilmiş müsahibələrdə siyasi və ictimai proseslərdə fəal iştirak etmiş namizədlərin heç biri seçilməyib. Praktik Hüquqşünaslar Qrupunun üzvü olan Səməd Rəhimli OC Media-ya deyir ki, onun və digər fəalların müsahibədən kəsilməsinin səbəbi siyasi motivlidir.
“Bu heç cür ağlabatan deyil ki, bir qrupun bütün üzvləri kəsilsinlər. Yalnız Praktik Hüquqşünaslar Qrupu deyil, hər hansı formada ictimai və ya ictimai-siyasi fəallığı olan istənilən digər şəxslər kəsiliblər. Heç cür ağlabatan deyil ki, yalnız ictimai fəal şəxslər imtahandan kəsilsin.”
Səməd Rəhimli deyir ki, müsahibə zamanı ona və digər fəallara qarşı münasibət qərəzli olub.
“Suallara mahiyyətcə düzgün cavab verdiyimiz halda cavablarımız əsassız olaraq qəbul edilmədi. Bundan əlavə, ixtisas komissiyasının üzvləri bizə qarşı sərt davranırdılar. Ixtisas imtahanından əvvəl Kollegiyanın rəhbərliyi yaxud rəhbərliyinə yaxın olan şəxslər bizim kimi adamların Kollegiyanı dağıtmaq istədiyini və ya bizim kimi adamların Kollegiyaya buraxılmamalı olmadığına dair bəyanat vermişdilər. Müsahibədən sonra Kollegiyanın sədri bizi ad çəkmədən “PİN agentləri” (Çexiyada yerləşən humanitar təşkilat People in Need) adlandırıb. Bunlar hamısı Kollegiyanın bizə qarşı qərəzli olduğunu göstərir.”
Səməd Rəhimli həmçinin qeyd edir ki, hətta siyasi fəaliyyətlə məşğul olan hüquqşünaslardan bəzilərinə Vəkillər Kollegiyasında ərizə yazdırıblar.
“Hüquqşünas Ramil Süleymanova “siyasi faəliyyətlə məşğul olmayacam” deyə ərizə yazdırmışdılar. Buna əsasən bəllidir ki, Kollegiyanın rəhbərliyi ictimai-siyasi fəallığı olan şəxsləri məhz “siyasi amilə” görə kəsməklə məşğuldur.”
Səməd Rəhimli bildirir ki, Kollegiyanın rəhbərliyi dövlət qurumlarından, Ədliyyə Nazirliyindən de facto asılıdır.
“Dəyənək və pirojna siyasəti”
Hüquq maarifçiliyi cəmiyyətinin sədri, hüquq müdafiəçisi Intiqam Əliyev bildirir ki, avtoritar hakimiyyətlər müstəqil və güclü vəkilliyin olmasında maraqlı deyil. Onun sözlərinə görə, güclü və müstəqil vəkillik məhkəmə, hüquq-mühafizə orqanları sistemində özbaşınalığın, qanunsuzluğun və korrupsiyanın qarşısında ən böyük maneədir. İntiqam Əliyev Avropa İnsan haqqları Məhkəməsinə bir neçə şikayət göndərib.
“Azərbaycan hakimiyyəti də anlayır ki, güclü və müstəqil vəkillik olan yerdə insan hüquqlarının indiki kütləvi pozuntuları mümkün olmayacaq, məhkəmələrdə rüşvətxorluq və korrupsiya indiki səviyyədə olmayacaq, ölkədəki qanunsuzluq və özbaşınalıq indiki sərhədlərdə tüğyan etməyəcək. Başqa sözlə, vəkilliyə hakimiyyət həmişə siyasi maraqlar prizmasından, mühüm strateji sahə kimi baxıb.”
İntiqam Əliyev deyir ki, bu baxımdan vəkillərə basqı hər zaman olub. Onun sözlərinə görə, xüsusilə 2014-cü ildən — müstəqil QHT-lər və beynəlxalq təşkilatlara qarşı qaldırılan cinayət işi, güclənən repressiyalar və ölkənin tanınmış vətəndaş cəmiyyəti fəallarının həbsi ilə bağlı hakimiyyətə beynəlxalq təzyiqlərin güclənməsi ilə bağlı müstəqil vəkillərə təzyiqlər daha da gücləndi.
“Həmin dövrdə məhz vəkillər baş verən pozuntuları həm ölkə ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdırılmasında çox önəmli rol oynadı. Ona görə, hakimiyyət vəkillik üzərində kontrolu daha da gücləndirmək üçün siyasətini iki istiqamətdə qurmağa başladı: bir tərəfdən, müstəqil vəkilləri bir-bir Vəkillər Kollegiyasından uzaqlaşdırmağa başladı; bəzilərinə qarşı cinayət təqibi başladıldı, kimisinin ölkədən çıxışına və bank hesablarına həbs qoyuldu, bir başqalarının fəaliyyəti bir müddətə dayandırıldı və s. O biri tərəfdən isə, Vəkillər Kollegiyasına yeni bina verildi, maddi və texniki dəstəyi gücləndirməyə başladı: Bir əldə zopa, o birində pirojna siyasəti.”
İntiqam Əliyevin özü 2014-cü ilin avqustunda həbs edilib. O, dəmir barmaqlıqlar arxasında demək olar ki, iki il keçirib. Amnesty International da daxil olmaqla bir çox insan hüquqları təşkilatları, ona qarşı irəli sürülən ittihamları saxta adlandırıb.
İntiqam Əliyev bildirir ki, son illər ölkədə vətəndaş cəmiyyətinə qarşı yönələn siyasi repressiyalarla bağlı qaldırılan çoxsaylı inzibati, mülki, cinayət işlərini cəmi 10-15 vəkil aparırdı. Onun sözlərinə görə həmin vəkillər hakimiyyət üçün ciddi başağrısına çevrilmişdi. İntiqam Əliyev deyir ki, son dövrlərdə hökumətin vəkil ovuna çıxması bu məqsədə xidmət edir.
“Indi Vəkillər Kollegiyasında siyasi işlərə çıxan 6 vəkil qalıb. Ölkədə isə təkcə siyasi məhbusların sayı 150-dən çoxdur. Təkcə bu fakt durumun nə qədər kritik olduğunu nümayiş etdirir.”
Gözdən salınan vəkillik institutu
Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə səsləndirilən ittihamları qəbul etmir. Anar Bağırov açıqlamalarında bildirib ki, Kollegiya tam müstəqildir. Onun sözlərinə görə qanun çərçivəsində vəkillikdən xaric edilənlər vəkillik institutunu gözdən salmağa çalışırlar.
“Tam əminliklə deyirəm ki, Vəkillər Kollegiyası müstəqildir və müstəqil fəaliyyətini də davam etdirəcək. Populist adamlar, bu və digər qanun pozuntularına görə vəkilikdən xaric edilən adamlar çalışırlar ki, vəkillik institutunu gözdən salsınlar”, — tən ilin dekabr ayında BBC-yə müsahibəsində belə deyib.
Anar Bağırov müsahibələrində həmçinin bildirib ki, Vəkillər Kollegiyasına qəbulla bağlı heç bir problem yoxdur.
“Vəkillər Kollegiyasına qəbul üçün prosedur var və bu yolla kim istəsə sənəd verə bilər. Hesab edirəm ki, Azərbaycanda vəkillik institutunu heç bir qara qüvvənin əlində alətə çevirməyə imkan verməyəcəyik. Bu məsələlər ətrafında siyasi diskusiyalar açmaq yersizdir. Konkret pozuntulara görə cəzalandırılanlar bunu siyasiləşdirir.”
Anar Bağırov deyib ki, bəzi partiya mənsubiyyətli hüquqşünasların vəkilliyə qəbul imtahanlarında suni problemlərin yaradılması ilə bağlı ittihamları həqiqəti əks etdirmir.
“Bizdə imtahanlardan kəsilənlər sırasında dövlət qulluğunda olanlar və Yeni Azərbaycan Partiyasının üzvləri də var. Qəbul zamanı kiminsə partiya mənsubiyyəti və dini mənsubiyyətini yoxlamırıq”, Anar Bağırov belə deyir.
İlham Əliyev hökuməti indiyə qədər heç vaxt bu səviyyədə kütləvi dəstək almayıb. Zəfər paradı hökümətin təntənə anı idi, indiki halda ona qarşı hər-hansı müxaliflik ağlasığmazdır. Ancaq yeni Azərbaycan reallığında da bir zaman etirazın mümkün olacağı ilə bağlı azacıq ümid yeri var.
İlham Əliyev hakimiyyəti atası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra miras aldı. Hakimiyyətin dövriyyəsi prosesi müxalifətin kütləvi aksiyalarının zorakı basdırılması ilə həyata keçirildi. Öz hakimiyyətini g
Travma Azərbaycan milli kimliyinin bir hissəsidir. Bu gün travma müharibəni alovlandırır və sülhpərvər səsləri boğur. Ancaq nə qədər çətin olsa da, potensial sülh qurucuları bu travmanın daşıyıcılarına mərhəmətlə yanaşıb, öz prinsiplərinə sadiq qalaraq, onunla mübarizə aparmalıdırlar.
Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması Azərbaycan cəmiyyətində tarixi travmanın rolunu çox açıq bəyan etdi.
Sındırılmış və bölünmüş cəmiyyət hərbi əməliyyatların təsiri altında birdən-birə birləşdi.
12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.
OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi.
Aşağıdakı reportajımız sərhədin Azərbaycan tərəfindəndir.
Sərhədin erməni tərəfindən olan re
12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.
OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi.
Aşağıdakı reportajımız sərhədin Ermənistan tərəfindəndir.
Sərhədin erməni tərəfindən olan r