azərbaycan
“İtirilmiş il”: Qlobal pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri
Qlobal COVID-19 pandemiyası bütün dünya iqtisadiyyatına mənfi təsir etdi. Lakin Azərbaycan iqtisadçıları xəbərdarlıq edirlər ki, turizm və xidmət sektoru kimi həyati əhəmiyyətli sahələrin bağlanması neftin qiymətinin aşağı düşməsi ilə müqayisədə daha az əhəmiyyət kəsb edir. Rafiqin (ad şərtidir) 32 yaşı var. Üç ildir ki, Bakıda yerləşən tikinti bazarlarının birində kafe işlədir. Azərbaycanda koronavirusla əlaqədar elan olunmuş karantin rejiminə görə kafe işini təxminən iki ay dayandırmalı olu