12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.
OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi.
Aşağıdakı reportajımız sərhədin Azərbaycan tərəfindəndir.
“Atamla sonuncu dəfə iyulun 14-də, səhər saat 8-də telefonla danışdıq. İyulun 12-də atışma başlananda hamımız evdə idik, vəziyyət gərginləşən kimi, atam bizim kənddən çıxıb təhlükəsiz yerə getməyimizi istədi, çox çalışdıq onu da özümüzlə aparaq, getmədi. İyulun 14-də günorta atamın ölüm xəbərini aldıq,” deyir Zərnişan Gözəlova.
Zərnişan Azərbaycan-Ermənistan sərhədində baş vermiş artilleriya atışmasında öldürülmüş 76 yaşlı Əziz Əzizovun qızıdır. Mərhum Tovuz rayonunun Ağdam kənd sakini idi. Bu kənd Ermənistan sərhədinə ən yaxın kəndlərdən hesab olunur.
Əzizov atışma zamanı həyatını itirmiş yeganə mülki şəxsdir.
“Səhər saat 9-dan sonra atamdan xəbər çıxmadı, atışma xəbərini aldığımıza görə, çox narahat idik. Atama zəng edirdik, cavab vermirdi, narahatlığımız daha çox artırdı. Bakıda yaşadığımdan kənddəki qohumlarımızdan xahiş etmişdim ki, gedib atama baxsınlar. Atışma şiddətləndiyindən kimsə evindən çıxa bilmirdi, günortaya yaxın əmimoğlu getdi və atamın ölüm xəbərini gətirdi”, Zərnişan əlavə edir.
Əziz Əzizov həyətinə düşmüş mərmi partlamasından baş, qarın boşluğu və ayaq nahiyyələrindən bir neçə qəlpə yarası alıb. Bu da onun ölümünə səbəb olub.
Ağdam kənd icra nümayəndəsi Həqiqət Məmmədovanın OC Media-ya verdiyi məlumata görə, mərhumun dəfn olunduğu saatlarda da atışma davam edib.
Vahidli
60 yaşlı Arif Məmmədov Ağdamdan təxminən 7 kilometr aralıda yerləşən Vahidli kəndinin sakinidir. Onun OC Media-ya dediyinə görə, iyulun 16-da, saat 17:10-da kəndlərinə doğru açılmış top atəşi nəticəsində onun ot tayası yanıb və bununla da 1000 avrodan çox ziyana düşüb.
“Mən aşbaz işləyirəm, pandemiya ilə əlaqdar çox yerdə işlər dayanıb, buna görə də işsiz qalmışam, amma maldarıqla məşğul oluram. Maddi vəziyyətimin yaxşı olmadığı vaxtda ziyanla üzşləşdim”.
Top atəşinin təsiri yaşadığı evdən də yan keçməyib və evin divarlarında çatlar əmələ gəlib.
52 yaşlı Fəzakət Abdullayeva 31 yaşlı oğlu Elman Abdullayevlə Vahidli kəndində yaşayır. İyulun 13-də onun təsərrüfat sahəsinə mərmi düşüb və xeyli məhsulu zədələnib. Atışma zamanı onlar evlərinin yaxınlığındakı dərədə gizlənmişdilər.
“Bu sahədən əldə etdiyimiz meyvə-tərəvəzi satmaqla dolanırıq. Bomba düşdü, əkdiklərimin çoxusu məhv oldu. Üçüncü həftədir ki, gəlirimiz yoxdur. Üstəlik, bombanın təsiri elə güclü oldu ki, evimin divarında çatlar da yaranıb,” Fəzakət xanım deyir.
Abdullayevlər ailəsi müharibənin ən ağır fəsadı ilə ilk dəfə 1993-dü ildə üzləşiblər. Fəzakət xanımın 31 yaşlı oğlu Elman uşaq olanda Azərbaycan-Ermənistan sərhədində baş vermiş atışma nəticəsində sarsıntı keçirib və demək olar ki, eşitmə qabiliyyətini itirib.
Fəzakət xanım OC Media-ya bildirdi ki, sərhəddə döyüşlər başlanan kimi 1 yaşlı nəvəsini kənddən çıxarır və Gəncəyə göndərir ki, vaxtilə atasının yaşadığı aqibətlə üzləşməsin.
Kənd icra nümayəndəsinin müavini Tofiq Quliyevin sözlərinə görə, rayonun digər sərhəd-cəbhə kəndləri kimi, atışmalar zamanı burada da dinc sakinlərin ev və təsərrüfatlarına ziyan dəyib.
“Ermənistan Silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində 7 evə ziyan dəyib. Evlərə hökumət səviyyəsində baxılıb, qeydiyyatları aparılıb və yaxın zamanlarda bərpa işləri başlanacaq. Kənddə bu hadisələr zamanı ölən və yaralanan yoxdur.”
Dondar Quşçu
“İyulun 13-də mərmi qonşumun evinin həyətinə düşdü, həyəcandan mənim təzyiqim qalxdı, bizim həyətdə öz ailə üzvlərimizdən başqa, qonşular da vardı. Təzyiqim qalxdığına görə, məni həkimə apardılar, hamı həyətdən çıxdı və bir neçə dəqiqədən sonra evimə bomba düşdü, ” deyir 72 yaşlı kənd sakini Telara Əliyeva.
“5 ay əvvəl kredit götürüb evimi təmir etmişdim. Evim artıq yaşanmaz haldadır, mən isə pul ödəməkdə davam edəcəyəm.”
Yaşanmaz hala çevrilən ikinci ev isə 19 yaşlı Roza və 21 yaşlı Biranə Abdullayeva bacılarına məxsusdur. Onların evinə bomba iyulun 16-da düşüb. Bacılar evdə olmadıqlarından xəsarət almayıblar.
Kənd icra nümayəndəsinin müavini Ramiz Sadıqov deyir ki, kənddə zərər görən evlərin ümumi sayı 37-dir. “Hər birinə baxış keçirilib, dəyən ziyan hesablanıb.”
İyulun 20-də Azərbaycan Prezidenti Tovuz rayonunda atışma zamanı mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam verib.
İlham Əliyev hökuməti indiyə qədər heç vaxt bu səviyyədə kütləvi dəstək almayıb. Zəfər paradı hökümətin təntənə anı idi, indiki halda ona qarşı hər-hansı müxaliflik ağlasığmazdır. Ancaq yeni Azərbaycan reallığında da bir zaman etirazın mümkün olacağı ilə bağlı azacıq ümid yeri var.
İlham Əliyev hakimiyyəti atası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra miras aldı. Hakimiyyətin dövriyyəsi prosesi müxalifətin kütləvi aksiyalarının zorakı basdırılması ilə həyata keçirildi. Öz hakimiyyətini g
Travma Azərbaycan milli kimliyinin bir hissəsidir. Bu gün travma müharibəni alovlandırır və sülhpərvər səsləri boğur. Ancaq nə qədər çətin olsa da, potensial sülh qurucuları bu travmanın daşıyıcılarına mərhəmətlə yanaşıb, öz prinsiplərinə sadiq qalaraq, onunla mübarizə aparmalıdırlar.
Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması Azərbaycan cəmiyyətində tarixi travmanın rolunu çox açıq bəyan etdi.
Sındırılmış və bölünmüş cəmiyyət hərbi əməliyyatların təsiri altında birdən-birə birləşdi.
12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.
OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi.
Aşağıdakı reportajımız sərhədin Ermənistan tərəfindəndir.
Sərhədin erməni tərəfindən olan r
Qlobal COVID-19 pandemiyası bütün dünya iqtisadiyyatına mənfi təsir etdi. Lakin Azərbaycan iqtisadçıları xəbərdarlıq edirlər ki, turizm və xidmət sektoru kimi həyati əhəmiyyətli sahələrin bağlanması neftin qiymətinin aşağı düşməsi ilə müqayisədə daha az əhəmiyyət kəsb edir.
Rafiqin (ad şərtidir) 32 yaşı var. Üç ildir ki, Bakıda yerləşən tikinti bazarlarının birində kafe işlədir. Azərbaycanda koronavirusla əlaqədar elan olunmuş karantin rejiminə görə kafe işini təxminən iki ay dayandırmalı olu