12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.
OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi.
Aşağıdakı reportajımız sərhədin Ermənistan tərəfindəndir.
“Mən evdə deyildim, olsaydım yerindəcə öləcəkdim,” Ermənistanın Tavuş vilayətindəki Aygepar kəndinin 76 yaşlı sakini Linda Qazaryan, OC Media-ya deyir.
İyulun 14-də evindən bir neçə kilometr aralıda Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında döyüşlər baş verən zaman Qazaryanın evi ilk vurulanlardan biri idi.
Ev bir neçə mərmi ilə vurulub, nəticədə qismən dağıdılıb və yanıb. O, sağ qalmasını “möcüzəvi” hesab etdiyini deyir.
700-ə yaxın əhalisi olan Aygepar Azərbaycanla həmsərhəddir. Ermənistanla Azərbaycan arasında münasibətlərin pisləşdiyi vaxtlarda sakinlər tez-tez silah səsləri eşitdiklərini bildirirlər. Bu dəfə silah səsləri artilleriya mərmiləri ilə müşayiət olundu və kənddəki 10 evə ciddi ziyan verdi.
Aygepar, döyüşlərdən təsirlənən Tavuşdakı sərhəd kəndlərindən yalnız biridir; Nerkin Karmiragbyur, Çinari, Movses və Tavuş kəndləri və eyni zamanda Berd şəhəri də artilleriya atəşinə məruz qalıb.
Nerkin Karmirağbyur
“İlk güclü atışma səsini 13 iyulda eşitdik,” Nerkin Karmirağbyur şəhər sakini, 20 yaşlı Lia Avaqyan deyir. “İlk dəfə idi ki, bir tank mərmisini tam evimizin yaxınlığında hiss etdim.”
Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında döyüşlər şiddətlənməyə davam etdikcə Avagyan yaxınlıqdakı bomba sığınacağında gizlənib. “Hər dəfə sakitlik olanda, səhərlər evə gedib axşamlar ora qayıdırdıq,” deyir.
“Yerevanda yaşayan qohumlarım zəng vurub kəndimizi tərk etməyimizi təklif edirdilər, amma heç kim getmədi, heç kim evini tərk etmədi.”
Avaqyan deyir ki, silah səsləri və atışma ən intensiv ilk üç gündə olub və kənd də ən çox bu günlərdə ziyan çəkib. Dediyinə görə, kənddəki evlərin yarısına müəyyən qədər ziyan dəyib: kiçik xəsarətdən artilleriya bombardmanı nəticəsində tamamilə virana qədər.
Tavuş
İlk mərmi evinin yaxınlığında partladıqda, eşitmə çətinliyi olan 70 yaşlı Hratsin Qriqoryan bunu eşidib, amma nə olduğunu başa düşməyib.
“Ancaq ikinci və üçüncü partlayışda gedib nəvəm Mheri oyatdım və biz yola qaçdıq. Hara getdiyimizi bilmirdim — bu, həyatda qalmaq instinkti idi.”
Qriqoryan və nəvəsi qaçarkən, qonşusu onları görüb və döyüş bitincəyə qədər gizləndikləri bomba sığınacağına aparıb.
Deyir, əvvəllər həmişə silah səslərinə qulaq assa da, indi artilleriya səslərinə daha diqqətlə yanaşır.
“İndi gündəlik həyatıma bir şey əlavə edildi — mərmi. Yenə eyni şeyləri edirəm: yeməklərimi bişirirəm, evimi təmizləyirəm, bağımı becərirəm, amma gələn mərminin səsinə daha həssas və diqqətliyəm.”
“Heyvanları bəslədikdən sonra bir müddət dincəlmək üçün evə gəldim və qəfildən partlayan mərminin bərkdən səsini eşitdim. Bu dözülməz səsi təxminən 30 il əvvəl eşitmişdim. Köhnə müharibələr zamanı evimiz ən təhlükəsiz yerlərdən biri idi. Bu vaxtacan evimizə heç nə dəyməmişdi amma bu dəfə fərqli oldu,” 59 yaşlı Tavuş sakini Andranik Qyurjinyan OC Media-ya danışır.
“Həyat yenidən qiymətləndirildi”
Bu son eskalasiyaya qədər, 19 yaşlı Anna Xaçaturyan əvvəllər heç vaxt atəş səsini eşitməmişdi.
“Bütün səsləri evimizdən eşitdik. Hər atışın və mərminin istiqamətini də bilirdik. Bu Çinari üzərində, bu Aygeparda, bu isə Movsesdə idi, deyirdik … Birdən, mərmi, bağçamızın albalı budaqlarına toxunaraq dəhşətli səs çıxartdı, üstümüzdən keçdi və kənd qəbiristanlığının yaxınlığında partladı. O, kəndimizə ilk vuruş idi,” deyir.
Mərmi Xaçaturyandan “bir neçə metr” məsafədə partlayanda, müvəqqəti olaraq o eşitmə qabiliyyətini itirib. Döyüş başa çatsa da, o yenə narahat olur və əlləri titrəməyə başlayır.
Xaçaturyan deyir ki, travma həm də kəndliləri bir-birinə daha da yaxınlaşdırdı. Zarafatca qeyd edir ki, illərlə bir-biri ilə danışmayan və ya daim mübahisə edən qonşular indi əl sıxır, qucaqlaşır və birlikdə yemək yeyir.
“Həyat yenidən qiymətləndirildi”, Anna sonda bildirir.
Eskalasiya nəticəsində Tavuş vilayətində 50 bina dağıdılıb, onlardan 12-si hazırda təmir və bərpa olunur. Ciddi zədələnmiş evlər söküləcək və yenidən qurulacaqdır. Ermənistan hökuməti bütün xərcləri qarşılayacağına söz verib.
İlham Əliyev hökuməti indiyə qədər heç vaxt bu səviyyədə kütləvi dəstək almayıb. Zəfər paradı hökümətin təntənə anı idi, indiki halda ona qarşı hər-hansı müxaliflik ağlasığmazdır. Ancaq yeni Azərbaycan reallığında da bir zaman etirazın mümkün olacağı ilə bağlı azacıq ümid yeri var.
İlham Əliyev hakimiyyəti atası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra miras aldı. Hakimiyyətin dövriyyəsi prosesi müxalifətin kütləvi aksiyalarının zorakı basdırılması ilə həyata keçirildi. Öz hakimiyyətini g
Travma Azərbaycan milli kimliyinin bir hissəsidir. Bu gün travma müharibəni alovlandırır və sülhpərvər səsləri boğur. Ancaq nə qədər çətin olsa da, potensial sülh qurucuları bu travmanın daşıyıcılarına mərhəmətlə yanaşıb, öz prinsiplərinə sadiq qalaraq, onunla mübarizə aparmalıdırlar.
Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması Azərbaycan cəmiyyətində tarixi travmanın rolunu çox açıq bəyan etdi.
Sındırılmış və bölünmüş cəmiyyət hərbi əməliyyatların təsiri altında birdən-birə birləşdi.
12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.
OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi.
Aşağıdakı reportajımız sərhədin Azərbaycan tərəfindəndir.
Sərhədin erməni tərəfindən olan re
Qlobal COVID-19 pandemiyası bütün dünya iqtisadiyyatına mənfi təsir etdi. Lakin Azərbaycan iqtisadçıları xəbərdarlıq edirlər ki, turizm və xidmət sektoru kimi həyati əhəmiyyətli sahələrin bağlanması neftin qiymətinin aşağı düşməsi ilə müqayisədə daha az əhəmiyyət kəsb edir.
Rafiqin (ad şərtidir) 32 yaşı var. Üç ildir ki, Bakıda yerləşən tikinti bazarlarının birində kafe işlədir. Azərbaycanda koronavirusla əlaqədar elan olunmuş karantin rejiminə görə kafe işini təxminən iki ay dayandırmalı olu