Become an OC Media MemberSupport independent journalism in the Caucasus:
Join Today
Media logo
azərbaycan

Fikir | Azərbaycanın ənənəvi müxalifəti gənclərə müraciət etməlidir

Fikir | Azərbaycanın ənənəvi müxalifəti gənclərə müraciət etməlidir

Bəhruz Səmədov – NİDA Vətəndaş Hərəkatının aktivisti, Karlov Universitetinin doktorantı.

Son iki etiraz ölkədə son illərin durğunluğundan sonra dəyişən mənzərədən xəbər verir. Ancaq siyasi praktikaların köklü transformasiyası üçün ənənəvi partiyalar proqressiv gənclərdən ibarət olan hərəkatlara müraciət etməlidirlər.

 

Oktyabrın 19-da 2013-cü il etirazlardan sonra Bakının mərkəzində ən kütləvi küçə etirazları baş verdi. Etiraz aksiyasını Azərbaycan Xalq Cəbhəsinin Partiyasının əsas rol oynadığı müxalif koalisiya “Demokrat Qüvvələrin Milli Şurası” təşkil etmişdi.

AXCP “ənənəvi” müxalifət partiyası kimi tanınır. 1992-ci ildə formalaşmış partiya onillərdir ki demokratik dəyişikliklər üçün mübarizə aparır, ancaq öz metodlarını və şüuarlarını dəyişmir.

2013-cü ildə keçirilmiş etiraz aksiyaları isə, əksinə, proqressiv azərbaycanlı gənclərin üstünlük təşkil etdiyi NİDA Vətəndaş Hərəkatı tərəfindən təşkil edilmişdi.

Son bir ildə çox mühüm dəyişikliklər baş verdi, məsələn, bir çox tanınmış siyasi məhbus fəal sərbəst buraxıldı və bu və ya digər səbəbdən bir neçə kütləvi səfərbərlik hadisəsi baş verdi, ancaq əminliklə demək olar ki, 19 oktyabr gündəmi dəyişdirən və ölkənin siyasi həyatında yeni səhifə açan hadisəyə çevrildi. Ancaq Azərbaycanda siyasi mübarizənin köklü transformasiyası baş verdi mi? Cavab mənfi görünür. Bununla belə, bu cür transformasiyanın mümkünlüyü yarandı.

Bunun baş verməsi üçün, ənənəvi müxalifət partiyaları birləşib, yeni gənc müxalif aktivistlərin enerjilərinə və ambisiyalarına nəzər yetirməlidirlər.

Uçuruma bir addım qalmış

Öz millitçi şüarları və militarist ritorikaları ilə ənənəvi müxalifət partiyaları proqressiv gəncləri özlərindən çəkindirməyi bacardılar. O cümlədən, öz hərəkətləri ilə də.

19 oktyabrdan bir neçə həftə əvvəl Azərbaycanın Facebook seqmenti Azərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərinin keçmiş müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atasının ailəsinə qarşı məişət zorakılığı göstərməsi ilə bağlı bəyanatını müzakirə edirdi. O, Qəhrəmanlını ona, bacısına və anasına qarşı fiziki zorakılıq göstərməkdə günahlandırmışdı. Bu hadisə Xalq Cəbhəsi Partiyasının nüfuzunu xeyli sarsıtdı.

Partiya üzləri Fuad Qəhramanlını xoşagəlməz şəkildə müdafiə etməyə çalışmaqla vəziyyəti daha da ağırlaşdırdılar.

Ancaq baş verən uğursuzluqlara baxmayaraq, elə görünür ki, 19 oktyabr mitinqi partiyanın reputasiyası müəyyən qədər xilas edə bildi.

AXCP üzvləri qarşı və döyülmə nəticəsində zədələr almış Əli Kərimlinin saxlanılması zamanı polisin göstərdiyi qəddarlıq partiyaya nəyinki hörməti geri qaytardı, həm də Kərimlinin nüfuzunu qaldırdı.

“Üçüncə tərəfin” marşı

19 oktyabr mitinqinin təşkilatçıları həm sosial, yəni mövcud siyasi sistemə yönəlmiş tələblər, həm siyasi, yəni siyasi sistemin dəyişməsini tələb edən şüuarlar irəli sürmüşdülər, ancaq mitinqdə əsasən sosial şüurlar səsləndirildi.

Bu şüarlar mitinq iştirakçılarının sosial tələblərini yaxşı göstərir: yüksək təqaüdlər, daha çox iş yeri və sosial təminat.

Növbəti gün, 20 oktyabr, ikinci etiraz aksiyası baş tutdu. Bu etiraz cəmi bir həftədə baş vermiş 12 məişət zorakılığının qurbanı xəbərindən sonra təşkil edildi. Feministlər və proqressiv gənclər Bakının mərkəzi küçəsinə məişət zorakılığına və qaınlara yönəlmiş cinayətlərə etiraz üçün bir yerə toplandı.

Birbaşa onlara qarşı yönəlməməsinə məhəl qoymadan, hakimiyyət hər iki etiraza güc tətbiqi ilə cavab verdi. Bu cür reaksiyanın irrasionallığı dövlətin heç də güclü olduğu göstərmir. Bu cür zorakılığın sosial narazılığı yalnız artırması halları, xüsusis ilə “Ərəb baharı” zamanı dəfərlərlə müşahidə edilib.

Beləliklə, biz iki tip etiraz müşahidə edirik – onların hər ikisi sosial olsa da, hər ikisi “hakimiyyətin dəyişilməsi” kimi bir siyasi tələbə malik deyil. Birincisinə “xalqın etirazı” adını vermək olar, ikincisinə isə “proqressiv gənclərin etirazı”.

Əslində isə, siyasətin özünün marginallaşdığı bir ölkədə etiraz yalnız sosial ola bilər. Nə 2013-cü il etirazları, nə də ki 2019-cu ilin əvvəlində Mehman Hüseynovun aclığı ilə bağlı olan kütləvi qəzəb özü-özlüyündə siyasi mahiyyət daşımırdı.

Formal siyasət sahəsi isə dövlət tərəfindən ələ keçirilib və əhalinin əksəriyyəti üçün qeyri-legitimdir.

Etirazçı proqressiv gənclər ictimai sferada azsaylı qüvvədir. İndiyə qədər bu qüvvə özünü ənənəvi siyasətə yad hiss edirdi. Müxalifətin millətçi şüarlarından və militarizasiya istəyindən kənar olan, texno musiqisi dincləyicisindən tutmuş feministlərə və kvir aktivistlərə qədər proqressiv gənclər uzun illərdir ki, öz yerlərini siyasi dəyişikliklər nəzərə tutuan etirazla əlaqəli olmayan maarifləndirici və mədəni diskurslarda tapırdı. Və yalnız indi onlar konkret siyasi dəyişikliklər üçün etiraz etməyə başlayırlar.

Azsaylı olmalarına baxmayaraq, onlar Azərbaycanda uzun illər boyu hökmranlıq edən ikitərəfliliyi dəyişdirə bildilər.

Bu ikitərəflilik belə görünür: bir tərəfdən hakimiyyətin istənilən siyasi alternativi və siyasi mübarizənin özünü rədd edən hegemonik avtoritar diskursu, o biri tərəfdən isə cəmiyyətin minimal iqtisadi tələblərini siyasiləşdirməyə çalışan və millətçi şüarlardan istifadə edən, və ya bütün məqsədi avtoritar və işlək olmayan seçki sistemində qalib gəlməyə köklənən müxalifət partiyalarının diskursları.

Etirazçı feminist kəsim tərəfindən Bakının mərkəzində keçirdikləri 8 Mart marşı və qadınlara qarşı zorakılıq əleyhinə 20 oktyabr etiraz aksiyası onu göstərir ki, proqressiv qüvvələr ölkədə mövcud olan heç bir siyasi qüvvə ilə əlaqəsi olmayan öz etirazlarını keçirməyə qadirdilər.

Etirazçı “üçüncü tərəfin” mövcudluğu müxalif siyasətin gələcək illər necə fəaliyyət göstərəcəyi misalı ola bilər.

Onların intellektual və kreativ resursları, internet medialarında reprezentativliyi siyasi mübarizənin yeknəsəq xarakterinin dəyişəcəyinə ümid yaradır. Daha geniş auditoriyaya yönəlmiş və yeni mövzuların daha açıq şəkildə işıqlandırılacağını, köhnəlmiş metodların (elektoralizmin) isə arxada qalacağını gözləmək olar.

İndiki halda ənənəvi partiyalaşmış müxalifətə yeni etirazçı hərəkatla bir olmaq və ondar yaxşı mənada yararlanmaq düşür. Əgər bu alınsa, Azərbaycanın dağınıq, ancaq sosial narazı kütləsinin demokratik və sistem dəyişikliyi uğrunda mübarizənin subyektlərinə çevirmək şansı yaranacaq.

Məqalədə əks olunan fikirlər yalnız müəllifindir və OC Media redaksiyasının fikirləri ilə üst-üstə düşməyə bilər.

Related Articles

Fikir | Azərbaycanın yeni reallığı
azərbaycan

Fikir | Azərbaycanın yeni reallığı

Avatar

İlham Əliyev hökuməti indiyə qədər heç vaxt bu səviyyədə kütləvi dəstək almayıb. Zəfər paradı hökümətin təntənə anı idi, indiki halda ona qarşı hər-hansı müxaliflik ağlasığmazdır. Ancaq yeni Azərbaycan reallığında da bir zaman etirazın mümkün olacağı ilə bağlı azacıq ümid yeri var. İlham Əliyev hakimiyyəti atası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra miras aldı. Hakimiyyətin dövriyyəsi prosesi müxalifətin kütləvi aksiyalarının zorakı basdırılması ilə həyata keçirildi. Öz hakimiyyətini g

Fikir | Hər şeyə baxmayaraq, sülhü dəstəkləmək
azərbaycan

Fikir | Hər şeyə baxmayaraq, sülhü dəstəkləmək

Avatar

Travma Azərbaycan milli kimliyinin bir hissəsidir. Bu gün travma müharibəni alovlandırır və sülhpərvər səsləri boğur. Ancaq nə qədər çətin olsa da, potensial sülh qurucuları bu travmanın daşıyıcılarına mərhəmətlə yanaşıb, öz prinsiplərinə sadiq qalaraq, onunla mübarizə aparmalıdırlar. Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması Azərbaycan cəmiyyətində tarixi travmanın rolunu çox açıq bəyan etdi.  Sındırılmış və bölünmüş cəmiyyət hərbi əməliyyatların təsiri altında birdən-birə birləşdi.

 Abdullayeva bacılarının dağıdılmış evi. Foto: Seymur Kazımov/OC Media.
azərbaycan

İyul eskalasiyası: Azərbaycanın mülki vətəndaşları atışma xəttində

Avatar

12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü. OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi. Aşağıdakı reportajımız sərhədin Azərbaycan tərəfindəndir. Sərhədin erməni tərəfindən olan re

Tavuş vilayətindəki bir çox evə ciddi ziyan dəyib. Foto: Armine Avetisyan / OC Media.
azərbaycan

İyul eskalasiyası: erməni mülki vətəndaşları atışma xəttində

Avatar

12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.  OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi. Aşağıdakı reportajımız sərhədin Ermənistan tərəfindəndir. Sərhədin erməni tərəfindən olan r

Most Popular

Editor‘s Picks