2016-cı il aprelin 2-ə keçən gecə Dağlıq Qarabağın təmas xəttində gərginlik baş verdi. Dörd gün davam edən intensiv döyüşlər Ermənistan ordusunun nəzarətində olan Talış kəndinin ətrafındakı bir neçə strateji yüksəklik və bir neçə döyüş mövqeyinin Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülməsi ilə nəticələndi.
Azərbaycan tərəfinin məlumatına görə, sözügedən yüksəkliklərdən atəşkəsin dəfələrlə pozulması Goranboy rayonunun bir neçə kəndi və Naftalan şəhərinə ciddi təhlükə törədirdi. Aprel hadisələrinə qədər Talış ətrafındakı yüksəkliklərdən Goranboyun əsasən Tap Qaraqoyunlu kəndi mütəmadi atəşə tutulurdu. İndiyədək mülki əhali arasında həlak olanlar, yaralananlar olub, sakinlərin evlərinə və təsərrüfatlarına xeyli zərər dəyib. Ermənistan tərəfinə görə isə, bu yüksəkliklər onların nəzarətində olan kəndləri atəşdən qorumaq üçün mühüm idi.
Azərbaycan ordusu bu əraziləri nəzarətə götürərkən Dağlıq Qarabağda bütün təmas xətti boyunca salınmış, “Ohanyan səddi” adlandırılan mina və tikanlı məftillərdən ibarət maneə zolağını yarır. Bu sədd aprel hadisələrindən sonra, 2016-cı ilin oktyabrında tutduğu vəzifədən azad edilmiş Ermənistanın sabiq müdafiə naziri Seyrah Ohanyanın adını daşıyır.
Tikanlı tellər (Seymur Kazımov /OC Media)
Tikanlı tellərdən sonra tankın hərəkətini əngəlləyəcək səngər və “kirpi” (Seymur Kazımov /OC Media)
Ermənistan ordusuna məxsus hərbi obyektlər və ləvazimatlar (Seymur Kazımov /OC Media)
Döyüş mövqeləri arasındakı yollar, müşahidə obyekti, səngər və sığınacaq (Seymur Kazımov /OC Media)
Hərbi obyektin xaricdən və daxildən görünüşü (Seymur Kazımov /OC Media)
Ermənistan ordusunun nəzarətindəki Talış kəndinin görüntüsü (Seymur Kazımov /OC Media)
“Bu məqalə “International Alert” təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətinin bir hissəsidir. Layihə Avropa İttifaqının dəstəyi sayəsində Avropa tərəfdaşlığı çərçivəsində Dağlıq Qarabağ ətrafında münaqişənin sülh yolu ilə nizamlanması (EPNK) məqsədilə həyata keçirilir. Materiallar jurnalistin məsuliyyətidir və “International Alert” təşkilatı və donorlarının nöqteyi-nəzərini əks etdirməyə bilər. Yazıya aprelin 17-i 2018-ci ildə düzəlişlər edilib.
İlham Əliyev hökuməti indiyə qədər heç vaxt bu səviyyədə kütləvi dəstək almayıb. Zəfər paradı hökümətin təntənə anı idi, indiki halda ona qarşı hər-hansı müxaliflik ağlasığmazdır. Ancaq yeni Azərbaycan reallığında da bir zaman etirazın mümkün olacağı ilə bağlı azacıq ümid yeri var.
İlham Əliyev hakimiyyəti atası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra miras aldı. Hakimiyyətin dövriyyəsi prosesi müxalifətin kütləvi aksiyalarının zorakı basdırılması ilə həyata keçirildi. Öz hakimiyyətini g
Travma Azərbaycan milli kimliyinin bir hissəsidir. Bu gün travma müharibəni alovlandırır və sülhpərvər səsləri boğur. Ancaq nə qədər çətin olsa da, potensial sülh qurucuları bu travmanın daşıyıcılarına mərhəmətlə yanaşıb, öz prinsiplərinə sadiq qalaraq, onunla mübarizə aparmalıdırlar.
Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması Azərbaycan cəmiyyətində tarixi travmanın rolunu çox açıq bəyan etdi.
Sındırılmış və bölünmüş cəmiyyət hərbi əməliyyatların təsiri altında birdən-birə birləşdi.
12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.
OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi.
Aşağıdakı reportajımız sərhədin Azərbaycan tərəfindəndir.
Sərhədin erməni tərəfindən olan re
12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.
OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi.
Aşağıdakı reportajımız sərhədin Ermənistan tərəfindəndir.
Sərhədin erməni tərəfindən olan r